Məxfilik siyasəti

10 oktyabr 2026

Bu siyasət Gözqulaq tətbiqinin (“Gözqulaq”, “biz”) hansı məlumatı topladığını, nə üçün istifadə etdiyini və onu necə silə biləcəyinizi izah edir. Suallarınız üçün: support@gozqulaq.com

Gözqulaq nədir

Gözqulaq, Azərbaycanda yaşayanlara qaz, işıq, su kəsintiləri, hava xəbərdarlıqları, nəqliyyat və xidmət dəyişiklikləri barədə bildiriş göndərən tətbiqdir. Bu rəsmi dövlət xidməti deyil.

Hansı məlumatı toplayırıq

Hesabsız istifadə edəndə:

Apple və ya Google ilə daxil olanda əlavə olaraq:

Anonim say məlumatı: xəbərdarlığın və ya reklamın neçə dəfə açıldığı və ya toxunulduğu. Bunlar yalnız saydır və sizə və ya cihazınıza bağlanmır.

Texniki məlumat: serverimiz sorğunu icra etmək və sui-istifadədən qorunmaq üçün IP ünvanınızı qısa müddətə emal edir.

Biz dəqiq yerinizi, kontaktlarınızı, şəkillərinizi və reklam identifikatorunuzu toplamırıq. Tətbiqlər və saytlar arasında izləmə aparmırıq, üçüncü tərəf analitika və ya reklam SDK-ları işlətmirik.

Məlumatdan necə istifadə edirik

Reklam

Tətbiqdə “Reklam” işarəsi ilə göstərilən reklamlar ola bilər. Onlar xəbərdarlığın kateqoriyasına və rayonuna görə seçilir, şəxsi profilinizə görə yox. Biz sizi izləmirik. Kritik və fövqəladə hal xəbərdarlıqlarında reklam göstərilmir.

Avtomatik toplanan xəbərdarlıqlar

Bəzi xəbərdarlıqlar açıq xəbər saytlarından və rəsmi səhifələrdən avtomatik toplanır. Bu zaman yalnız həmin açıq mətnlər süni intellekt xidməti (Anthropic) ilə işlənir; istifadəçilərimizə aid heç bir məlumat ora göndərilmir. Belə xəbərdarlıqlarda mənbə göstərilir.

Məlumat kimlərlə bölüşülür

Məlumatınızı satmırıq. Xidməti işlətmək üçün aşağıdakı xidmət təminatçılarından istifadə edirik:

Serverlərimiz Almaniyadadır, yəni məlumatınız Azərbaycandan kənarda saxlanılır.

Saxlama müddəti

Hüquqlarınız və hesabın silinməsi

Məlumatınıza baxmaq, düzəltmək və silmək hüququnuz var (“Şəxsi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun).

Hesabınızı tətbiqdən silə bilərsiniz: Profil → Hesabı sil. Bu, profilinizi, saxlanmış yerlərinizi və izlədiyiniz təşkilatları serverlərimizdən həmişəlik silir.

Hesabsız istifadə edirsinizsə, tətbiqi silmək kifayətdir. Digər sorğular üçün support@gozqulaq.com ünvanına yazın.

Uşaqlar

Gözqulaq 13 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və onlardan bilərəkdən məlumat toplamır.

Dəyişikliklər

Bu siyasəti yeniləsək, bu səhifədə yeni tarixi göstərəcəyik.